Ana səhifə

2017 Yay Vikidüşərgəsi

2017 Yay Vikidüşərgəsi — “Azərbaycan vikimediaçıları” istifadəçi qrupu tərəfindən təcrübəli və yeni vikipediyaçılar üçün keçirilməsi nəzərdə tutulan və Vikimedia Fondunun dəstəklədiyi yay düşərgəsidir. Vikidüşərgənin 12-13 avqust 2017-ci il tarixlərində Qax rayonunun İlisu kəndində keçirilməsi və bütün xərclərin (nəqliyyat, yataq və yemək) “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyi tərəfindən qarşılanması nəzərdə tutulmuşdur.

Mövzulu aylar

Mövzulu ay məqalə müsabiqəsi 2014-cü ilin oktyabr ayından etibarən istifadəçi qrupumuz tərəfindən azərbaycanca Vikipediyada müntəzəm olaraq təşkil edilir. Bu məqalə müsabiqəsinin məqsədi müəyyən vacib mövzular haqda Vikipediyada azərbaycan dilində mövcud olmayan məqalələrin yaradılmasıdır. Müsabiqənin qalibləri də tərəfimizdən mükafatlandırılır.

Sidebar



000webhost logo