Biz kimik

 

“Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyi — “Azərbaycan vikimediaçıları” istifadəçi qrupunun üzvləri tərəfindən təsis edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatıdır.

“Azərbaycan vikimediaçıları” istifadəçi qrupu (ing. “Azerbaijani Wikimedians User Group”) — Vikipediya və digər azad onlayn viki-layihələrin Azərbaycan cəmiyyətində təbliği və bu layihələrə öz töhfələrini verməkdə maraqlı olan azərbaycanca Vikimedia layihələrinin aktiv istifadəçilərinin yaratdığı qrupdur. Bu istifadəçi qrupunun üzvləri bir neçə ildir ki, fəaldırlar və onlayn işlərlə yanaşı, Vikipediya ilə əlaqəli seminarlar və təqdimatlar təşkil edir, həmçinin VikiAnbara və Azərbaycan dilindəki Vikimedia layihələrinə töhfə verirlər.

Bu istifadəçi qrupu 2014-cü ilin avqust ayında qurulmuş və oktyabr ayında Vikimedia Fondu tərəfindən Vikimedia hərəkatının üzvü kimi tanınmışdır. İstifadəçi qrupumuzun üzvləri müntəzəm görüşlər keçirərək Vikipediyadakı problemlri müzakirə edir, Vikipediyada mövzulu ay məqalə müsabiqələri təşkil edir, müxtəlif treninq və seminarlar təşkil edir, həmçinin sosial şəbəkələrdə yaratdığımız səhifələr vasitəsilə Vikipediyadakı yeniliklər barədə cəmiyyəti məlumatlandırırlar.

Sidebar



www.000webhost.com