Vikipediyada ən çox redaktəsi olan şəxs

Vikipediyadakı istifadəçi adı Ser Amantio di Nicolao olan Pruit, vikipediyada ən çox redaktə etmiş şəxsdir.
0
116

Vikipediya könüllülər tərəfindən yazılmış ensiklopediyadır. Bu könüllülərdən biri olan Steven Pruit, Vikipediyada ən çox redaktəsi olan istifadəçidir.

Vikipediyadakı istifadəçi adı Ser Amantio di Nicolao olan Pruit, özünü tarix və opera həvəskarı kimi qələmə verir. İlk yazdığı məqaləsinin isə babası Piter Fransizko haqqında olduğunu deyir. Uşaqlıqdan bəri yaşadığı evdə ailəsi ilə yaşayan Pruit, ətrafındakıların ona dəli gözü ilə baxdığını deyir. Ailəsinin həmişə ona “vaxtını boş yerə sərf edirsən” dediyini bildirən Pruit, Time jurnalının onu internetin ən faydalı 25 adamından biri olaraq göstərməsindən sonra bu baxışların dəyişdiyinidə deyir.

Vikipediyadan heç bir zaman pul qazanmadığını açıqlayan Pruit, “Vikipediyanın hər şeyi azad olması mənə böyük təsir etdi. Məlumatı paylaşmağın nə məna verdiyini bilirəm” dedi. Kitabları və akademik məqalələri istifadə edərək araşdırmalar edən Pruit, Vikipediyaya hər gün 3 saat ayırır. İşlədiyi yer ABŞ Gömrük və Sərhəd Mühafizə birliyində qeydiyyat məmurluğu olan Pruit, iş yoldaşlarınında ona dəli dediyini və bu fikirlərin zamanla dəyişəcəyini deyir.

Vikimediyanın əlaqə departmanının müdir köməkçisi Kui Kinyajui, Pruit kimi könüllülərin sayəsində vikipediyanın zənginləşdiyini və saytın dünyada ən çox ziyarət edilən 5 saytı arasında olduğunu dedi. 13 ildirki boş vaxtlarında Vikipediyaya töhfə verən Steven Pruit, hal-hazırda Vikipediyada ən çox töhfə vermiş şəxslərdəndir.

Leave a reply