North Face geyim firması Vikipediyadan üzr istədi

North Face geyim firması öz məhsullarının fotolarını Google axtarışında daha nəzərə çarpan etmək üçün Vikipediya ilə manipulyasiya etdiyinə görə üzr istəyib.
Şirkətin reklam işləri ilə məşğul olan agentlik, onun geyimlərini geyinmş modellərin təbiət ərazilərində çəkilmiş şəkillərini Vikipedia səhifələrində yerləşdirib.
Bu haqqda yazılmış videoda agentlik nümayəndələri həyata keçirdikləri pulsuz əməliyyatın şirkətin reytinqini dəfələrlə artırdığını qeyd ediblər. Vikimediya fondu və ictimayət tərəfindən tənqid edildikdən sonra North Face üzr istəməli olub.
Reklam agentliyinin Braziliyada fəaliyyət göstərən övlad şirkəti olan Leo Burnett Tailor Made hələ aprel ayında Vikipediya səhifələrində şəkil yerləşdirməyə çalışaraq, məşhur və uzaq yerlərin tarixini izah etməyə çalışmışdır.
Onlar, Vikipediyadan istifadə ilə axtarış reytinqini sındırmağa müvəffəq olduqlarını billdimişdilər.
Bunun üçün North Face yazılı geyimlərdə olan modellərin şəkilləri 15-dən artıq məşhur yerdə, o cümlədən Quarita Dövlət Parkı, Mampituba mayakı, Kabo yarımadası və Kuillin dağında çəkilmiş və Vikipediyaya yüklənmişdir.
Əsası ABŞ-da qoyulmuş North Face şirkəti geyim istehsalına başlamazdan əvvəl dağçılıq üçün istifadə olunan əşyaların istehsalçısı kimi tanınmışdır.
Vikipediyann yaradıcısı və idarəçisi olan Vikimediya Fondu isə öz növbəsində Vikipediya ilə bu cür manipulyasiyanı qeyri-etik adlandırmışdır: “Onların etdikləri dövlət mülkiyyətinə xələl gətirilməsinə bənzəyir. Məzmuna sırf reklam xarakteri daşıyan əlavələrin əlavə edilməsi Vikipediyanın neytral faktiki biliklər vermək siyasəti ilə ziddiyyət təşkil edir.”
Ciddi tənqid atəşinə tutulması North Face şirkətini üzr istəməyə məcbur edib. “Biz Vikipediyanın missiyasına dərindən inanırıq və bu prinsiplərə zidd olan fəaliyyətdə iştirak etdiyimizə görə üzr istəyirik.” deyə şirkətin Twitter hesabında yazılmışdır.
Mənbə: BBC
Azərbaycanca Vikipediyadakı məqalələrin sayı 150.000 oldu
September 25, 2019Türkdilli vikipediyaçılar bir arada
August 18, 2019Vikipediyaçılar Vikimaniya 2019 beynəlxalq konfrasında
August 16, 2019
Leave a reply Cancel reply
-
5 idarəçi ilə qeyri-rəsmi viki görüş
September 9, 2019 -
Vikipediyaçılar Vikimaniya 2019 beynəlxalq konfrasında
August 16, 2019
“Azərbaycan vikimediaçıları” istifadəçi qrupu (ing. “Azerbaijani Wikimedians User Group”) milli səviyyədə təbliğat tədbirlərinin təşkilində və iştirakda maraqlı olan azərbaycanca Vikimedia layihələrinin aktiv istifadəçilərinin yaratdığı qrupdur.
Vikipediya
-
Vikinənələr
October 29, 2019 -
Mərkəzi və Şərqi Avropa ölkələrinin vikipediyaçılarının görüşü 2019
October 14, 2019 -
Türkdilli vikipediyaçılar bir arada
August 18, 2019
Kateqoriyalar
Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın.