Rusiyanın ən qədim universiteti bütün elmi jurnalların azad istifadəyə verir

MDU jurnallarının arxivində 20 mindən çox elmi məqalələr toplanıb və bu razılaşma Rusiyada azad elmə tərəf edilmiş əhəmiyyətli addımdır.
0
58

Rusiya və Avropanın ən böyük azad arxivi olan “KiberLeninka” beynəlxalq elektron kitabxanası M.V. Lomonosov adına Moskva Dövlət Universtiteti ilə (MDU-nin nəşriyyat evi ilə) müqavilə imzalayıb. Dünyanın 100 ən yaxşı universiteti sırasında daxil olan MDU, 2019-cu ilin iyun ayından başlayaraq bütün elmi jurnallarını Creative Commons Attribution (CC BY) lisenziyası altında KiberLeninkada yerləşdirəcək.

“Davos və MakKinsinin proqnozlarına görə yaxın illərdə sosial sfera sürətlə inkişaf edəcək. Hər şeydən əvvəl, bu özünü elm və bilik sahəsində göstərəcək və iş adamlarının dəstəyi ilə bu inkişaf cəmiyyətin həyat səviyyəsinin yüksəldilməsində motivasiya rolunu oynayacaq. Maliyyələşdirilməsi mənim tərəfimdən həyata keçirilən KiberLeninka bu prespektivli bazarda işləyir və yeni biliklərin istehsal və istehlakı üçün texnologiyalar yaradır. MDU və digər vacib Rusiya universitetləri ilə razılaşmalar, strateji cəhətdən vacib addımdır və bu addım KiberLeninka investorlar üçün daha cazibədar edir” deyə İqor Rıbakov qeyd edir.

MDU jurnallarının arxivində 20 mindən çox elmi məqalələr toplanıb və bu razılaşma Rusiyada azad elmə tərəf edilmiş əhəmiyyətli addımdır. Bu gün KiberLeninka Rusiyada fəaliyyət 12 göstərən federal universitetdən 9-u ilə əməkdaşlıq edir ki, onların da arasında Sankt-Peterburq dövlət universiteti, İmmanuil Kant adına Baltika Federal Universiteti və Uzaq Şərq Federal Universiteti də daxildir. KiberLeninkanın partnyoru olan ATM-ləri arasında Moskva Fizika-Texnika İnstitutu, Ali İqtisadiyyat Məktəbi və başqaları vardır. Bu ilin əvvəlində REA-nın İctimai Elmlər üzrə Elmi İnformasiya İnstitutu ilə (İNİON) müqavilə imzalanmışdır: 1918-ci ildə bu institutda yaradılmış kitabxana bütün dünyada humanitar ellər üzrə ən zəngin kitabxanaladan biridir. Bu gün üzrə KiberLeninka 1850 dən çox elmi jurnaldan olan 1.75 milyondan çox məqaləyə azad çıxış təmin edir. Tədqiqatçıların fikrinə görə, məqalələrin Kiberleninkada yerləşdirilməsi, onların auditoriyasının 10 dəfə böyüdülməsinə imkan verir. MDU-nin nəşrlərinin yerləşdirilməsinə isə artıq başlanılıb.

“Bizim üçün biliklərin populyarlaşdırılması həddən artıq vacibdir və buna görə də, elmi fəaliyyətimizin nəticələrinin açıq istifadəyə verilməsini tamamilə dəstəkləyirik. MDU ATM arasında elmi jurnallarınıın sayına görə ilk yerlərdən birini tutur. KiberLeninka ilə razılığa gəlməyimiz sayəsində biz, MDU jurnallarının yayılmasının əhəmiyətli dərəcədə artacağını və istinad edilmələrin yüksələcəyini gözləyirik. Bununla yanaşı bütün jurnallarımız tam həcmdə Google Scholar ilə indeksləşdiriləcək ki, bu da onların beynəlxalq aləmdə tanınmasına imkan verəcək.” deyə MDU Nəşriyyat Evinin direktoru Aleksandr Veraksa qeyd edir.

Creative Commons Attribution lisensiyası yer kürəsinin istənilən yerindən olan şəxslərin köhnə nəşrlərdən başlamış ən yeni nəşrlərə kimi müxtəlif jurnal və məqalələri axtarmaq, oxumaq və onlara istinad etmək imkanı verir. Bu lisenziya bütün dünyada de fakto elmi kommunikasiya standartı kimi qəbul edilir. Bu lisenziya sayəsində istənilən tədqiqatçı yalnız müəllifin göstərilməsi şərti ilə istənilən elmi əsər və məqaləyə rahat istinad edə bilər.

Leave a reply