5 idarəçi ilə qeyri-rəsmi viki görüş

Görüş haqqında məlumat əvvəlcədən Azvikinin Kənd meydanıda yox, sosial şəbəkədəki rəsmi hesablar üzərindən verilmişdir. 3 saata yaxın davam edən görüşdə Azvikinin beş nəfər idarəçisi iştirak etmişdir ki, həmin idarəçilərdən iki nəfəri eyni zamanda bürorkat səlahiyyələtlərinə sahib şəxslərdir. Baskervill, Eldarado, White Demon, Wertuose və Toghrul Rahimli adlı idarəçilərin iştirakı ilə baş tutan görüşdə icmanın son vəziyyəti və həlli vacib texniki problemlərin vəziyyəti dəyərləndirilmişdir.
Müzakirələr əsasında İsveç Krallığının paytaxtı Stokholm şəhərində təşkil olunmuş sayca XV Beynəlxalq tədbir olan Vikimaniyada iştirak etmiş şəxslərin fikirləri öyərənilmişdir və növbəti mühüm tədbir olan 2019-cu ilin 11-13 oktyabr tarixlərində Serbiyanın paytaxtı Belqrad şəhərində təşkil ediləcək sayca VIII Wikimedia Mərkəzi və Şərqi Avropa konfransınsda iştirak edəcək şəxslərin tərkibi müəyyənləşdirilmişdir.
“Azərbaycan vikimediaçıları” istifadəçi qrupunun aparmış olduğu müzakirələr əsasında Belqrad şəhərində təşkil olunacaq VIII Wikimedia Mərkəzi və Şərqi Avropa konfransında Azviki icmasını Eldarado istifadəçi adı ilə Azərbaycanca vikipediyanını idarəçisi və bürorkatı olan Eldar Əzimovun və Toghrul Rahimli istifadəçi adı ilə eyni vikipediyanın idarəçisi olan Toğrul Rəhimlinin təmsil edəcəkləri qərarlaşdırımışdır. Görüş, Azərbaycanca vikipediyanın idarəçisi və bürokratı, uzun müddətdir ki, Kanadada yaşayan Baskervill-in iştirakı ilə də əlamətdar olmuşdur.

Vikinənələr
October 29, 2019Azərbaycanca Vikipediyadakı məqalələrin sayı 150.000 oldu
September 25, 2019Türkdilli vikipediyaçılar bir arada
August 18, 2019
Leave a reply Cancel reply
-
Azərbaycanca Vikipediyadakı məqalələrin sayı 150.000 oldu
September 25, 2019 -
2019 Yay Vikidüşərgəsi Şamaxıda baş tutdu.
July 14, 2019
“Azərbaycan vikimediaçıları” istifadəçi qrupu (ing. “Azerbaijani Wikimedians User Group”) milli səviyyədə təbliğat tədbirlərinin təşkilində və iştirakda maraqlı olan azərbaycanca Vikimedia layihələrinin aktiv istifadəçilərinin yaratdığı qrupdur.
Vikipediya
-
Vikinənələr
October 29, 2019 -
Mərkəzi və Şərqi Avropa ölkələrinin vikipediyaçılarının görüşü 2019
October 14, 2019 -
Türkdilli vikipediyaçılar bir arada
August 18, 2019
Kateqoriyalar
Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın.