Azərbaycanca Vikipediyadakı məqalələrin sayı 150.000 oldu

Azərbaycanca Vikipediyada 24 sentyabr 2019-cu il tarixində 150.000-ci məqalə yaradılmışdır. 150.000-ci məqalə münasibəti ilə saytın loqosunda müvəqqəti dəyişiklik edilmişdir.
1
421

Azərbayanca vikipediyada məqalələrin sayı 150 000-i ötüb keçdi. 150.000-ci məqalə istifadəçi adı Nuray95 olan fəal vikipediyaçı tərəfindən yaradılan “Sojak” adlı məqalə oldu. Yarandığı gündən 15 ilə yaxın müddət ərzində, mərhələli formada inkişaf yolu keçən Azviki, tarixinin növbəti dönüm nöqtələrindən birini qeyd edir. Bu münasibətlə vikipediyanın əsas loqosu idarəçi Toghrul Rahimli tərəfindən hazırlanan və üzərində “150 000 məqalə” yazılı yeni loqo ilə əvəz olunub və təxminən bir ay ərzində vikipediyanın azərbaycanca dil bölməsində görünəcəkdir.

Qeyd edək ki, yarandığı gündən bəri 4,861,087 redaktənin gerçəkləşdirildiyi Azvikidə 15 nəfəri idarəçi olmaqla, ümumilikdə 554 nəfər aktiv istifadəçi İP və istifadəçi adları əsasında könüllü fəaliyyət göstərməkdədir və META tərəfindən təqdim olunan sıralamaya əsasən Azərbayanca vikipediya məqalə sayına görə 304 dil bölməsi arasında 51 yerdə qərarlaşıb.

Leave a reply