
Oktyabr ayının 10-dan 13-nə qədər Serbiyanın paytaxtı Belqradda Mərkəzi və Şərqi Avropa ölkələrinin vikigörüşü baş tutmuşdur. Öncədən xəbər verdiyimiz kimi bu tədbirdə “Azərbaycan Vikimediyaçıları istifadəçi qrupu”nu vikipediyanın azərbaycanca dil bölməsinin bürökratı Eldar Əzimov və idarəçisi Toğrul Rəhimli təmsil etmişdir. Yüzə yaxın vikipediyaçının iştirak etdiyi tədbirin ilk günü təlim günü digər üç günü isə rəsmi xarakter daşıyırdı. Tədbir zaman vikidata alətləri, vikipediya və təhsil, sağlam viki cəmiyyətin qurulması, Vikimedia 2030 layihəsi, Vikimediya layihələrində gender boşluğu, Viki+Mediya, təhsil platformalarında Vikiverilənlərdən (Vikidata) istifadə, Qafqaz vikipediyaçılarının əməkdaşlığı və s. mövzularda təqdimatlar baş tutdu və bununla yanaşı müxtəlif dil bölmələrində olan mövcud problemlər müzakirə olundu. Sonda tədbirin bağlanış mərasimi zamanı növbəti il Mərkəzi və Şərqi Avropa ölkələrinin vikigörüşünün məkanı səs çoxluğu ilə Şimali Makedoniya Respublikasının Oxrid şəhəri seçildi.
Vikinənələr
October 29, 2019Türkdilli vikipediyaçılar bir arada
August 18, 2019
Leave a reply Cancel reply
-
Vikipediyada ən çox redaktəsi olan şəxs
July 2, 2019 -
Türkdilli vikipediyaçılar bir arada
August 18, 2019 -
North Face geyim firması Vikipediyadan üzr istədi
July 2, 2019
“Azərbaycan vikimediaçıları” istifadəçi qrupu (ing. “Azerbaijani Wikimedians User Group”) milli səviyyədə təbliğat tədbirlərinin təşkilində və iştirakda maraqlı olan azərbaycanca Vikimedia layihələrinin aktiv istifadəçilərinin yaratdığı qrupdur.
Vikipediya
-
Vikinənələr
October 29, 2019 -
Mərkəzi və Şərqi Avropa ölkələrinin vikipediyaçılarının görüşü 2019
October 14, 2019 -
Türkdilli vikipediyaçılar bir arada
August 18, 2019
Kateqoriyalar
Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın.