Mərkəzi və Şərqi Avropa ölkələrinin vikipediyaçılarının görüşü davam edir

0
312

Serbiyanın paytaxtı Belqrad şəhərində 3 əsas və 1 təlim günündən ibarət Mərkəzi və Şərqi Avropa ölkələrinin görüşünə bu gün start verildi. Tədbirin ilk günü təlim xarakteri daşımış və əsasən 3 mövzu ətrafında birgə müzakirə aparılmışdır. Könüllülərin həvəsləndirilməsi və layihələrə cəlb edilməsi, konfliktlərdən yayındırma və sağlam viki cəmiyyətlərin qurulması mövzularında 4 hissədən ibarət müzakirə xarakterli çıxışlar baş tutmuşdur. Tədbir oktyabrın 13-ə qədər davam edəcək.

Müəllif hüququ Miomir Magdevskiyə məxsusdur

Qeyd edək ki, tədbirdə “Azərbaycan Vikimediyaçıları istifadəçi qrupu”nu bu qrupun idarə heyətinin üzvü Eldar Əzimov və bu qrupun üzvü Toğrul Rəhimli təmsil edir.

Müəllif hüququ Magioladitisə məxsusdur.

Leave a reply