Türkdilli vikipediyaçılar bir arada

Sayca XV Beynəlxalq Vikimaniya konfransında türkdilli vikipediyaçılar 11 nəfərlə təmsil olunub.
0
293

Xəbər verdiyimiz kimi İsveç Krallığının paytaxtı Stokholm şəhərində sayca XV təşkil olunan Vikimaniya beynəlxalq konfransında Azərbaycanı “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin sədri Elgun Ataliyev, Vikipediyanın azərbaycanca dil bölməsinin idarəçisi və bürokratı Eldar Əzimov və fəal vikipediya istifadəçisi Aida Aslanova təmsil ediblər. Tədbiri Azərbaycan dilli icmanın bu günə qədər ən geniş tərkiblə iştirak etdiyi vikimaniya adlandırmaq mümkündür, belə ki, bu günə qədər heç bir tədbirdə icma 3 nəfər vikipediyaçı ilə təmsil olunmamışdı.

Maraq doğuran məqamlardan bir digəri isə tədbirdə digər türkdilli vikipediyalardanda, bir necə şəxsin iştirak etməsi ilə bağlıdır. Belə ki, sayca XV tədbirdə rekord sayda türkdilli vikipediyaçı – 11 nəfər iştirak etmişdir. Sözügedən iştirakçılar arasında META komitəsinin stüardlarından və farsca vikipediyanın, əslən Cənubi Azərbaycandan olan idarəçisi Mardetanha, 2018-ci ildə İlin Vikimediyaçısı seçilmiş Fərhad Fathulini, başqırd və türkçə vikipediyaların idarəçi və istifadəçilərini misal göstərmək mümkündür. Gürcü vikipediyasının fəal istifadəçilərdən olan və Gürcü istifadəçi qrupunun rəhbəri əslən Gürcüstan azərbaycanlılardan olan Mehman İbrahimovda tədbirin iştirakçıları arsında olmuşdur.

Tədbirin birinci günü, beynəlxalq konfransın təşkil etdiyi qarşılama mərasimində türkdilli vikipediyaçıların ayaq üstü görüşü təşkil olunmuş və görüşün sonunda xatirə fotosu çəkdirilmişdir. Qeyd edək ki, bu görüşdə türkdilli icmaları təmsil edən şəxslərin bir çoxunun 2019-cu ilin 11-13 oktyabr tarixlərində Serbiyanın paytaxtı Belqrad şəhərində iştirak təşkil ediləcək, sayca VIII Wikimedia Mərkəzi və Şərqi Avropa konfransınsda iştirak edəcəyi gözlənilir.

Leave a reply